“Süni intellektin inkişafı işçi ixtisarlarını artıracaq” - OECD

“Süni intellektin inkişafı işçi ixtisarlarını artıracaq” - OECD

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) “Süni intellekt və əmək bazarı” başlığı ilə “Məşğulluğun Görünüşü 2023” hesabatını dərc edib.

 

Sfera.az xəbər verir ki, hesabatda süni intellektin əmək bazarına təsirinə dair aparılan təhlillərlə bağlı məlumatlar əksini tapıb.

 

Hesabatda bildirilir ki, şirkətlərin süni intellektdən istifadəsi genişlənir və bu əmək bazarında problemlər yarada bilər. OECD hesab edir ki, xüsusən inkişaf etmiş ölkələr “süni intellekt inqilabı” astanasındadırlar. Hesabatda qeyd olunub ki, süni intelekrdən istifadə edəcək peşələr məşğulluğun təxminən 27 faizini təşkil edir. Bura tikinti, əkinçilik, balıqçılıq və meşə təsərrüfatı kimi aşağı və orta ixtisaslı işlər də daxildir.

 

İşçilər süni intellektə görə işlərini itirməkdən narahatdırlar. Hesabatda indiyədək süni intellektdən istifadə edən firmalar arasında məşğulluğa mənfi təsirlərə dair çox az dəlil tapıldığı da vurğulanır. Amma süni intelektdən geniş istifadənin məşğulluğu azaldacağına dair risklərin yüksək olması da istisna edilmir. Hesabatda hər 5 işçidən 3-nün yaxın 10 ildə iş yerlərini tamamilə itirməkdən narahat olduğuna vurğulanır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...