Novxanıda 46 yaşlı kişi qətlə yetirildi

Novxanıda 46 yaşlı kişi qətlə yetirildi

İyulun 11-də saat 21 radələrində Abşeron rayonu Novxanı kəndində 1977-ci il təvəllüdlü Qasımov Şahlar Müseyib oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 1980-ci il təvəllüdlü Əliyev Cavanşir Əli oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

 

İlkin məlumata görə, cinayət şəxsi münasibətlər zəminində baş verib.

 

Araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR