“Rusiya ilə bazarlıq etmək üçün fürsət yeri saxlayırlar” – Zelenskidən NATO-ya sərt ittiham

“Rusiya ilə bazarlıq etmək üçün fürsət yeri saxlayırlar” – Zelenskidən NATO-ya sərt ittiham

“Ukraynanın NATO-ya üzv olmağa dəvət edilməməsi “absurd” olacaq”.

 

Sfera.az bildirir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. O, bu barədə sosial media hesabında paylaşım edib:

 

“Biz müttəfiqlərimizi, ortaq təhlükəsizliyimizi, həmişə açıq söhbəti yüksək qiymətləndiririk. Ukrayna NATO-nun Vilnüsdə keçiriləcək sammitində təmsil olunacaq, çünki söhbət hörmətdən gedir. Ancaq Ukrayna da hörmətə layiqdir. Lakin Ukraynasız müəyyən müzakirələrin aparıldığına dair siqnallar almışıq. Bu müzakirə Ukraynanın NATO-ya üzvlüyü yox, buna dəvətlə bağlıdır. Həm dəvətin, həm də Ukraynanın üzvlük üçün vaxt çərçivəsinin müəyyən edilməməsi görünməmiş və absurd hadisə olar. Eyni zamanda, hətta Ukraynanı dəvət etmək üçün “şərtlər” haqqında qeyri-müəyyən ifadələr də müzakirə mövzusudur”.

 

Zelenskinin iddiasına görə, Qərb ölkələri Ukraynanı nə NATO-ya dəvət etməyə, nə də onu Alyansa üzv etməyə hazırdır: “Bu o deməkdir ki, Rusiya ilə danışıqlarda Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı bazarlıq etmək üçün fürsət yeri qalıb. Moskva üçün isə bu, terrorunu davam etdirmək yolunda motivasiya deməkdir. Qeyri-müəyyənlik zəiflikdir. Mən bunu sammitdə açıq şəkildə müzakirə edəcəyəm”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...