Rusiyada benzinin qiyməti artırılıb

Rusiyada benzinin qiyməti artırılıb

Rusiyada “Aİ-92” markalı benzinin bir tonunun qiyməti 59,4 min rubla (1 117 manat) yüksəlib.

 

Sfera.az xəbər verir ki, benzinin qiyməti iyulun 11-də Sankt-Peterburq Beynəlxalq Əmtəə Birjasında keçirilən ticarət zamanı tarixi rekorda həddi çatıb.

 

“Aİ-92” markalı benzinlər yanaşı digər yanacaq növləri də bahalaşıb. “Aİ-95” premium markalı benzinin bir tonunun dəyəri 66 140 rubl (1 243 manat), dizel yanacağının dəyəri isə 51,87 min rubl (975 manat) təşkil edib.

 

Rusiyada avtomobil yanacağının bahalaşmasının səbəbi rublun dəyərdən düşməsidir. Hazırda bir dollar 90 rubla bərabərdir. Mövcud məzənnə bir ay öncə qeydə alınan məzənnədən (83 rubl) 8,4 faiz yüksəkdir.

 

Qeyd edək ki, bir müddət öncə Baş nazirin müavini Aleksandr Novak Rusiya neft şirkətlərinə müraciət edərək qiymətləri artırmamağı xahiş etmişdi. Birjada qeydə alınan yeni qiymətlər göstərir ki, şirkətlər yanacaq qiymətlərini artırmaq məcburiyyətində qalıblar.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...