“Putin nüvə silahına əl atmayacaq, çünki o, qorxur...” – Zelenski MEYDAN OXUDU

“Putin nüvə silahına əl atmayacaq, çünki o, qorxur...” – Zelenski MEYDAN OXUDU

Ukrayna prezidenti Volodimir Zelenski müharibənin necə bitəcəyi ilə bağlı sualı cavablandırıb.

 

Sfera.az bildirir ki, o, NATO sammitindən qabaq “BBC”yə açıqlamasında döyüş meydanında qələbənin zəruri olduğunu bildirib.

 

“Dondurulmuş münaqişə ilə razılaşmayacağıq. Çünki bu, müharibədir və Ukrayna üçün perspektivsiz inkişafdır”.

 

Ukrayna lideri Putinin 2014-cü ildən bəri ölkəsi üçün təhlükəli olduğunu deyib: “O, nüvə silahından istifadə haqqında danışacaq. Amma düşünmürəm ki, bunu etməyə hazırdır, çünki Putin yaşamağı sevir və həyatı üçün qorxur. Lakin 21-ci əsrdə qonşusuna qarşı genişmiqyaslı müharibəyə başlayan, xüsusən reallıqla heç bir əlaqəsi olmayan bir insan haqqında dəqiq nəsə deyə bilmərəm”.

 

Ukrayna prezidenti həmçinin, Putinin “Zelenski yəhudilərin üz qarasıdır” fikrinə də münasibət bildirib. “BBC”nin məlumatına görə, Holokostda bir çox qohumunu, o cümlədən babasını itirən ölkə başçısı suala necə cavab verəcəyinə tam əmin olmadığını söyləyib. Ardınca o, bu fikirləri deyib:

 

“Putin sanki nə danışdığını tam dərk etmir. Üzr istəyirəm, amma elə bil o, Hitlerdən sonra antisemitizmin ikinci kralıdır. Bu, prezidentin danışığıdır? Sivil dünya belə danışa bilməz. Amma dünyanın reaksiyasını eşitmək mənim üçün vacib idi və dəstəyə görə minnətdaram”.

 

Qeyd edək ki, bu gün Litvanın paytaxtı Vilnüsdə NATO-nun növbəti sammiti başlayıb. Toplantı 2 gün davam edəcək və sabah, iyulun 12- də yekunlaşacaq.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...