Xaçmazda mülk üstündə bir-birinin canına qıyan əkiz qardaşlar yanaşı dəfn olundu... - VİDEO

Xaçmazda mülk üstündə bir-birinin canına qıyan əkiz qardaşlar yanaşı dəfn olundu... - VİDEO

Xəbər verdiyimiz kimi, Xaçmazda əkiz qardaşların mülk üstündə davası qətllə bitib.

 

Sfera.az xəbər verir ki, mülk üstündə bir-birini öldürən qardaşlar yanaşı dəfn olunub. Bu barədə görüntüləri "Baku Tv" təqdim edib.

 

Xatırladaq ki, iyulun 7-də saat 15:00 radələrində rayonun Yalama qəsəbəsi, Meşəli kəndində evlərin birində 1992-ci il təvəllüdlü Kamran və Orxan İsgəndərov əkiz qardaşlarının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Məlumata görə, Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Orxan Mirzə oğlu İsgəndərov rayonun Yalama qəsəbəsi, Meşəli kəndində babasına məxsus mülkün ona aid olduğunu bildirib. Daha sonra onun əkiz qardaşı Kamranla arasında əlbəyaxa dava düşüb. Bu zaman qardaşlardan biri bıçaqla digərinin başını kəsib, sonra özünə xəsarət yetirib. Nəticədə hər iki şəxs həyatını itirib.

 

Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq edilir.

 


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi yerlərində iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.   Bu barədə  Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın də...

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. &nb...

Deputat:"Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ...

Sabahdan ADY qatarları yay qrafikinə keçir - Hərəkət cədvəli

10 iyuldan etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçəcə...

Qaydalara əməl etməyən moped sürücüsü piyadanı vurdu - ANBAAN VİDEO

Qaydalara əməl edib piyada keçidindən istifadə edən piyadanı moped sürücüsü vurub.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini...