Zelenskinin Türkiyə səfərinin PƏRDƏARXASI: “Gözlənilməz qərarlar ola bilər”

Zelenskinin Türkiyə səfərinin PƏRDƏARXASI: “Gözlənilməz qərarlar ola bilər”

“Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyə səfəri bir çox qaranlıq məqamları üzə çıxardı”.

 

Sfera.az bildirir ki, bunu "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. O, Ankaranın Kiyevə yönəlik 3 mühüm addım atdığını vurğulayıb:

 

“Türkiyə əsirlikdə olan “Azov” komandirlərini Zelenskiyə təhvil verdi; iki ölkə silah-sursat məsələsində əməkdaşlığın davam edəcəyini barədə razılaşdılar; Türkiyə Ukraynanın NATO-ya üzvlüyünü qazandığını və onun alyansa qəbul edilməsini dəstəklədiyini bildirdi. Ankaranın ardınca bir sıra NATO üzvü dövlətlər də Kiyevin Üzvlük Fəaliyyət Planı mərhələsini keçmədən alyansa qəbulunun mümkünlüyünü bəyan etdilər.  İndi Vilnüs sammitində ən gözlənilməz qərarların qəbulu istisna olunmur”.

 

Ekspert qeyd edib ki,  NATO üzvlüyünə qəbul məsələsi sadə prosedur olmasa da, Ukraynanın üzvlüyü ilə bağlı qeyri-standart qərarların qəbulu gözləniləndir:

 

“Ukraynanın NATO-ya üzvlüyü baş tutacağı halda Şimali Atlantika Alyansı Rusiya qarşısında Aralıq dənizi hövzəsindən başlayan və Qara dənizdən keçərək Baltik dənizinədək uzanan bir sipər yaratmış olacaq. Bunun üçün də Ukraynanın və İsveçin NATO-ya üzvlüyü zəruridir. Görünür, bu mənada Türkiyənin İsveçin üzvlüyü ilə bağlı razılığı eyni zamanda verməsi təsadüfi deyil”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...