“Region Gəncləri üçün Yay Məktəbi” başa çatdı - FOTO

“Region Gəncləri üçün Yay Məktəbi” başa çatdı - FOTO

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatı və BİLİK - Bölgələrdəki İnkişaf Layihələrinin İnteraktiv Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə Şəki Olimpiya İdman Kompleksində “Region Gənclər üçün Yay Məktəbi” başa çatıb.

 

“Yay Məktəbi”nin proqramına əsasən, 6 iyul tarixində “Davam” Gənclər Hərəkatının PR və Media məsələləri üzrə katibi Lumu İsrəfillinin moderatorluğunda “Oxu.az” xəbər saytının köşə yazarı Kubra Məhərrəmova və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdilinin iştirakı ilə “Sosial media, yeni trendlər və informasiya müharibəsi” mövzusunda panel müzakirəsi, psixoloq Fidan Ağayevanın təqdimatında “Düşüncəmizdəki səhvlər” mövzusunda təlim və Mərdəkan Mədəniyyət Sarayının direktoru Cavid Şahbazbəyovun təqdimatında “Rəqəmsal mədəniyyətin sərhədsiz imkanları” mövzusunda görüş baş tutub.

 

Günün sonunda “Social night” baş tutub və proqram çərçivəsində yaradıcılıq istiqamətində komanda işləri nümayiş olunub.

 

Ümumilikdə, layihə çərçivəsində müxtəlif mövzularda qeyri-formal təhsil metodikası ilə 3 təlim, 3 görüş, 2 panel müzakirəsi, 1 qiraət gecəsi, 6 mədəni-kütləvi tədbir, 4 gəzinti, 1 film saatı, 6 idman və 1 intellektual yarış baş tutub.


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...