Enrike İqlesias və Anna Kurnikova 20 illik münasibətdən sonra gizli şəkildə evləniblər - FOTO

Müğənni Enrike İqlesias və rus tennisçi Anna Kurnikova gizli şəkildə evləniblər. Cütlük 2001-ci ildə tanış olub. Toyunu rəsmi olaraq elan etməyən cütlüyün nigahını, təsadüfən ifaçının böyük qardaşı, müğənni Julio İqlesias Jr. açıqlayıb.
Sfera.az bildirir ki, məşhur ispan müğənninin böyük oğlu Julio İqlesias Jr. “Sonsoles Oneg” teleşousunda çıxış edib.
Ögey bacısı Tamara Falkonun İniqo Oniyeva ilə evliliyini müzakirə edərkən, Julio təsadüfən Enrikenin də indi qanuni nikahlı olduğunu bildirib. Bu açıqlama hər kəsi, xüsusən də aparıcı Sonsoles Oneganı təəccübləndirib. Xulio Enrikenin Tamaranın toyunda iştirak etməmək qərarına gəldiyini söyləyərək, qardaşının bacısına qarşı münasibətinin pis olmadığını, sadəcə bu cür ictimai tədbirləri sevmədiyini izah edib.
Buna missal olaraq, Enrikenin öz toyunda belə iştirak etmədiyini deyərkən, Enrikenin nikahi olduğu məlum olub. Xulio daha ətraflı məlumat verməyib.
Qeyd edək ki, Enrike və Annanın özləri nadir hallarda sosial şəbəkələrini yeniləyirlər və evlilik barədə heç yerdə xəbər yoxdur. Enrike İqlesias və Anna Kurnikovanın sevgi hekayəsi isə hələ 2001-ci ildə onun "Qaçış" hitinə klip çəkdirərkən tanış olduqdan sonra başlayıb. Dərhal aralarında bir qığılcım çıxan cütlük görüşməyə başlayıblar.
O vaxt Enrike 26, Anna isə 20 yaşında idi və Anna tennis karyerasının zirvəsində idi. 2002-ci ildə cütlük MTV Video Musiqi Mükafatlarına qatılaraq ilk dəfə ictimaiyyət qarşısında çıxış etdilər. İqlesiasdan əvvəl Kurnikova xokkeyçi Pavel Bure ilə görüşüb. O, həmçinin NHL oyunçusu Sergey Fedorovla evli olub. 2003-cü ildə “The Hockey News” jurnalı xokkey oyunçusunun gizli bir toyu olduğunu təsdiqləyib, lakin cütlük tez ayrıldı. İqlesias isə daha əvvəl Cennifer Love Hewitt və Christina Aguilera ilə görüşüb. İqlesias və Kurnikova arasındakı münasibət heç vaxt açıqlanmayıb. Onlar bu barədə heç vaxt müsahibə də verməyiblər. 2004-cü ildə onların nişanlanması ilə bağlı şayiələr ilk dəfə ortaya çıxdı. O vaxt Annanın barmağında çəhrayı brilyant üzük var idi. 2007-ci ildə Enrike İsveçin "Aftonbladet" qəzetinə müsahibəsində tennisçidən ayrıldığını demişdi.
"Biz boşandıq. İndi təkəm, amma narahat olacaq bir şey yoxdur” – deyə müğənni bildirib.
Sonra isə o, zarafat etdiyini bildirib. Enrike, 2014-cü ildə Los-Ancelesdə verdiyi konsert zamanı bir daha belə “zarafat” edib. 2008-ci ildə Anna Kurnikova Enrike ilə heç vaxt nikah bağlamayacağını bildirib. Ancaq o, uşaq sahibi olmaq istədiyini, çünki kiməsə qayğı göstərməyi xoşladığını qeyd edib. 2017-ci ildə onların əkizləri Nikolas və Lüsi dünyaya gəlib. İki il sonra Enrike və Annanın Meri adlı qızı da dünyaya gəlib. O vaxtdan bəri şəxsi həyatlarını başqa gözlərdən gizlətməklə, xoşbəxt və sadiq bir ailə hesab olunurlar. Sosial şəbəkələrdə onların ümumi fotoları nadir hallarda görünür. Anna Kurnikova və Enrike İqlesias tez-tez yerləşdirdikləri uşaqların şəkillərindən başqa səhifələrində heç nə yoxdur.
Qeyd edək ki, Enrike Xulio İqlesias və onun birinci həyat yoldaşı İzabel Preislerin üç övladının ən kiçiyidir. 28 avqust 2010-cu ildə Xulio İqlesias 20 illik münasibətdən sonra keçmiş model Miranda Reinsburqerlə evləndiyini elan edib. Cütlüyün beş övladı var. Bir müddət əvvəl Enrike İqlesias və Anna Kurnikova 3 uşağını əks etdirən qrup şəklini paylaşmışdılar.
Aynil