“Ukrayna yalnız bu halda NATO-ya üzv ola bilər” – Zirvə sammitindən GÖZLƏNTİLƏR

“Ukrayna yalnız bu halda NATO-ya üzv ola bilər” – Zirvə sammitindən GÖZLƏNTİLƏR

İyulun 11-12-də NATO-nun Vilnüsdə Zirvə sammiti keçiriləcək. İclasın əsas mövzusu Ukrayna-NATO münasibətlərinin gələcəyi olacaq.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Aqşin Kərimov deyib ki, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı Alyans daxilində fikir haçalanması mövcuddur:

 

“Əsas söz sahibi olan ABŞ hesab edir ki, Ukrayna müəyyən mərhələləri keçdikdən, bütün meyarlara cavab verdikdən sonra NATO ailəsinin “övladı” ola bilər. ABŞ-nin narahatlıqlarına şərik çıxan NATO üzvlərinin haqlı olduğu məqamlar var. Ukraynada yüksəkintensivli müharibənin davam etdiyi, Rusiyanın nüvə şantajına keçdiyi bir vaxtda Kiyevin Alyansa qəbul olunması böyük risklər yaradar. Buna görə də NATO-nun Vilnüsdəki Zirvə görüşündə uzağı Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün alətləri çoxaltmaq barədə qərar verilə bilər”.

 

Ekspert sözügedən qərara nələrin daxil ola biləcəyindən də söz açıb:

 

“Buna Ukraynanın texnika ilə, sursatla, kəşfiyyat məlumatları ilə əhatəli təminatı; döyüş planlaşdırılması, təlimlər barədə yeni kodlaşdırmalar daxil ola bilər. Vilnüs sammitində Ukraynanın NATO-ya üzv olması ilə bağlı yekdil qərarın çıxarılacağını düşünmək sadəlövhlük olardı. Bu baxımdan Ukrayna hələ Rusiya ilə NATO arasındakı boz zonada qalmaqda davam edəcək. O,  yalnız müharibədə qələbə qazandıqdan sonra Alyans üzvlüyünə baxa bilər. Lakin sammitdə Ukrayna ordusuna planlaşdırma üçün dərin və incə şəkildə tərtib edilmiş hərbi əməliyyatlar xəritəsini təqdim etmək barədə mühüm qərarlar çıxarıla bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...