Azərbaycan Qazaxstandan milyon ton taxıl alacaq
İqtisadiyyat
17:23 / 25.10.2016
1296
Azərbaycan Qərbi-Qazaxıstan vilayətindən təxminən 1 milyon ton taxıl alacaq.
Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Qazaxıstandakı səfiri Raşad Məmmədov bildirib.
Qərbi-Qazaxıstan vilayətinin Sahibkarlar Palatasında baş tutan görüşdə Rəşad Məmmədov deyib ki, son bir ildə Azərbaycan və Qərbi-Qazaxıstan vilayəti arasında ticarət dövriyyəsi 25% artıb.
"Biz hər il Qazaxıstandan taxıl alırıq. 2016-cı ildə biz sizin vilayətdən bir milyon ton taxıl almaq niyyətindəyik. Bundan əlavə, biz Qazaxıstana da öz məhsullarımızı ixrac etməyi planlaşdırıq”, - deyə Məmmədov bildirib. .