Ərdoğanın bu addımı Putini özündən çıxarıb – İlk sərt reaksiya Peskovdan gəldi

Ərdoğanın bu addımı Putini özündən çıxarıb – İlk sərt reaksiya Peskovdan gəldi

Türkiyənin son addımı Rusiya prezidenti Vladimir Putini qəzəbləndirib.

 

Sfera.az bildirir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Belə ki, məhbus mübadiləsi razılaşması əsasında saxlanılan Ukraynanın “Azov alayı”nın komandirlərinin azad edilməsi etirazlara səbəb olub.  Rusiyalı şərhçilər Türkiyənin “xəyanəti”nə sərt cavab tələb ediblər.

 

Kremlin sözçüsü Dmitri Peskov bunu “etimadın pozulması” adlandırıb. “Heç kim Rusiyaya transfer barədə məlumat vermədi. Onlar münaqişə bitənə qədər Türkiyədə qalmalı idilər”, deyə o söyləyib.

 

Qeyd edək ki, ötən ilin sentyabrında razılaşdırılmış məhbus mübadiləsi müqaviləsinin şərtlərinə əsasən, 215 Ukrayna əsgəri Putinin dostu Viktor Medvedçuk və digər 55 rus əsgəri ilə dəyişdirilib. Azov alayının sıravi əsgərləri Ukraynaya dönsə də, onların komandirləri Türkiyəyə göndərilib. Prezident Ərdoğan isə onları müharibənin sonuna qədər saxlayacağına söz verib.

 

Kremlin keçmiş müşaviri Sergey Markov Putinin sözügedən addıma sərt cavab verməli olduğunu deyib: "Bu, razılaşmaların kobud şəkildə pozulmasıdır".

 

Xatırladaq ki, geri dönən Azov alayının komandirləri dərhal döyüşə qayıdacaqlarına söz veriblər. Onlardan biri olan Denis Prokopenko əsas məqsədinin cəbhə xəttinə qayıtmaq olduğunu söyləyib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...