Baxmutun azad edilməsinə az qalıb - Ukrayna şəhəri mühasirəyə alır

Baxmutun azad edilməsinə az qalıb - Ukrayna şəhəri mühasirəyə alır

Rusiya böyük itkilər hesabına işğal etdiyi Baxmut şəhərini itirmək təhlükəsi ilə üz-üzədir.

 

Sfera.az xəbər verir ki, son 2 ayda Ukraynanın aktiv hücum əməliyyatları aparması Rusiyanın mövqelərini zəiflədir. Ukrayna ordusu bu müddətdə Baxmut ətrafındakı rus bölmələrini geri çəkilməyə məcbur edə bilib.

 

Bununla belə Ukrayna hərbi komandanlığı bildirir ki, rus ordusu ən güclü müqaviməti məhz Baxmut ətrafında göstərir.

 

Ukrayna quru qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırskiy deyib ki, onun Baxmut ətrafındakı qüvvələri müvəffəqiyyət əldə edir.

 

“Müdafiə qüvvələri irəliləməyə davam edir və düşmən tədricən mühasirəyə düşür”, - deyən general Baxmut əməliyyatı ilə bağlı “Telegram” sosial media kanalında paylaşım edib.

 

Bununla belə general etiraf edib ki, Rusiya gözləniləndən daha sərt müqavimət göstərir.

 

London Kral Kollecinin hərbi tədqiqatlar üzrə fəxri professoru Lourens Fridman isə deyib ki, Ukraynanın güclü hava qüvvələrinin olmaması ordunun qurudan daha sürətlə irəliləməsinin qarşısını alır.

 

Əhalisinin sayı 70 min olan Baxmut şəhəri “Vaqner” qüvvələri tərəfindən 9 aylıq mühasirənin hesabına işğal edilib. Son günlərdə Ukrayna ordusu şəhərin cinahlarını müdafiə edən rus qüvvələrini məhv edərək geri çəkilməyə məcbur edə bilib.

 

Britaniya Müdafiə Nazirliyi isə bildirib ki, Baxmut ətrafında döyüşlərin bu qədər şiddətli olmasının bir səbəbi, Rusiya ordusunun Baxmutdan geri çəkilməsinin Moskva üçün “siyasi baxımdan qəbuledilməz” olmasıdır. Bununla belə, Ukraynanın şəhərin ətrafında yerləşdiyi bildirilir və şəhər tədricən mühasirəyə düşür.

 

Britaniya Müdafiə Nazirliyi bu vəziyyətdə rus ordusunun uzun müddət müqavimət göstərə bilməyəcəyini düşünür.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...