“Həmin məntiqlə Məhəmməd adı da qadağan edilməlidir, çünki...” – Elşad Miridən ETİRAZ

“Həmin məntiqlə Məhəmməd adı da qadağan edilməlidir, çünki...” – Elşad Miridən ETİRAZ

Tanınmış ilahiyyatçı Elşad Miri “Məhəmməd” adı ilə bağlı qəbul edilən son qərara etiraz edib.

 

Sfera.az məlumatına görə, ilahiyyatçı Azərbaycanda Mamed və Məmməd adlarının qadağan edildiyini xatırladaraq bildirib ki, Məhəmməd adının əsli “Muhəmməd”dir.

 

““Asan Xidmət” şöbələrinə verildiyi deyilən tapşırıqlara əsasən, Mamed, Məmməd adları Məhəmməd adının növləridir, ona görə də onların istifadəsi yersizdir. Elə Məhəmməd adını da yersiz qəbul edəkmi? Çünki Məhəmməd adının əsli Muhəmməddir. Yusifi Yusuf, hətta daha da əslinə qaytararaq Yozef edəkmi? Musanı Moşe, İsanı Yeşua olaraq əslinə qaytaraqmı?”, deyə ilahiyyatçı əlavə edib.

 

Xatırladaq ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın sözlərinə görə, Azərbaycanda Mamed və Məmməd adlarının vahid forması kimi Məhəmməd adı müəyyən olunub. O qeyd edib ki, qərarla bağlı "ASAN Xidmət” mərkəzlərinə məlumat verilib:

 

"Təsəvvür edin ki, bir ailədə həm Mamed, həm Məmməd, həm də Məhəmməd adında uşaqlar var. Əslində Mamed və Məmməd adlarının kökü elə Məhəmməddir. "ASAN xidmət” mərkəzlərindən də bizə tez-tez müraciət edirdilər ki, Mamed adının düzgün yazılış qaydasını bilmirik. Artıq bununla bağlı qərar qəbul olunub və vahid ad kimi Məhəmməd seçilib”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...