Topqapı Sarayında yanğın oldu - FOTOLAR

Topqapı Sarayında yanğın oldu - FOTOLAR

Topqapı Sarayının daxilindəki tarixi restoranın damında yanğın baş verib.

 

Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğın Saraydakı tarixi taxta restoranda naməlum səbəbdən yaranıb.

 

Hadisə yerinə polis, xilasetmə, təcili yardım qrupları göndərilib.

 

Təxminən 2 saatlıq müdaxilədən sonra yanğın nəzarətə götürülərək söndürülüb.

 

Restoranda ciddi maddi ziyanın meydana gəldiyi bildirilir.

 



OXŞAR XƏBƏRLƏR