Bakıda birmərtəbəli ev YANDI

Bakıda birmərtəbəli ev YANDI

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 240 m² olan kürsülü, birmərtəbəli mansarda tipli evin mansardasında taxta konstruksiyadan ibarət otağın yanar konstruksiyaları 10 m² sahədə, digər otağın tavanı 7 m² sahədə və dam örtüyünün taxta atmaları 40 m² sahədə yanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


OXŞAR XƏBƏRLƏR