Təyyarə çox ağır olduğu üçün pilot 19 sərnişini düşürdüb

Təyyarə çox ağır olduğu üçün pilot 19 sərnişini düşürdüb

Britaniyanın “EasyJet” aviaşirkətinin Lanzarote adasından Böyük Britaniyaya uçan reysi təxminən iki saat gecikib. Hava limanından yola düşməzdən əvvəl 19 sərnişin təyyarəni tərk etmək məcburiyyətində qalıb.

 

Sfera.az bildirir ki, sərnişin Rayan Uilyamsın paylaşdığı TikTok videosunda EZY3364 reysinin pilotunun təyyarədəkilərə vəziyyətlə bağlı olduqca qeyri-adi açıqlamalar verdiyi eşidilir. Bir saatdan çox gözlədikdən sonra o, sərnişinlərə havaya qalxmağın mümkün olmadığını bildirib.

 

"Siz çox olduğunuza görə, bu gün bizim kifayət qədər ağır təyyarəmiz var". Pilot bildirib ki, ekipajın oxşar hadisələrlə bağlı təcrübəsi var, lakin ehtiyat tədbirləri səbəbindən gecikmədən havaya qalxmaq mümkün olmayıb.

 

“Əlbəttə, ağır təyyarə ilə bağlı problemi həll etməyin yeganə yolu onu bir az yüngülləşdirməkdir”- deyə pilot əlavə edib.

 

Daha sonra o, 20-yə qədər könüllüdən təyyarədən enməyə qərar vermələrini və həmin gecə səyahətə davam etməmələrini istəyib. Onun sözlərinə görə, könüllülər hər eniş üçün 544 dollar mükafat alacaqlar. Qalan sərnişinlər Britaniyaya uçub və təyyarə uğurla eniş edib.

 

"Bu, bu şəraitdə normal əməliyyat qərarıdır və təhlükəsizlik səbəbi ilə bütün aviaşirkətlərdə çəki məhdudiyyətləri tətbiq olunur"- deyə “EasyJet” sözçüsü bildirib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...