“Ermənistanla sərhəddə hərbi əməliyyatlar riski var” – Politoloq

“Ermənistanla sərhəddə hərbi əməliyyatlar riski var” – Politoloq

“Ermənistan bəzi tələblərindən geri çəkilməsə, şərti sərhəddə yenidən hərbi eskalasiyanın baş verməsi mümkündür”.

 

Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, sözügedən tələblərə Azərbaycan ordusunun "Ermənistan ərazisindən" çıxarılması və Qarabağda yaşayan ermənilərin "beynəlxalq vasitəçilərin" iştirakı ilə danışıqlar aparmasıdır:

 

“Ona görə də Brüsseldə Azərbaycan və Ermənistan arasında Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək görüş həlledici mərhələnin başlanğıcı ola bilər. Digər tərəfdən qeyd etmək lazımdır ki, Fransa və Hindistan düşmənə silah ixrac edir. Ermənistan kiçik partiyalarla daxil olan silahlara arxayın olub hərbi təxribatlara əl atarsa, yeni ərazilər Azərbaycanın nəzarətinə keçəcək”.

 

Ekspert bildirib ki, ABŞ və Avropa İttifaqı hərbi qarşıdurmanın baş verməməsinə və sülh müqaviləsinin imzalanmasına çalışır: “Amma onlar Ermənistan rəhbərliyinə təsirli təzyiq etmək fikrində deyillər. Görünür, Azərbaycan Ermənistanı növbəti dəfə cəzalandıracaq”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR