Tikinti şirkətlərinə nəzarətlə bağlı məsələyə də ciddi yanaşılmaldır - Deputat

Tikinti şirkətlərinə nəzarətlə bağlı məsələyə də ciddi yanaşılmaldır - Deputat

“Tikinti şirkətlərinə nəzarətlə bağlı məsələyə də ciddi yanaşılmaldır. Xatırlayırsınızsa, bir neçə il əvvəl Dövlət Statistika Komitəsi binası uçmuşdu. Bu hadisədən sonra xeyli səviyyədə nəzarət güclənmişdi”.

 

Sfera.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Bakıda keçirilən "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, tənzimlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları" mövzusunda konfransda bildirib.

 

“Tədbirlər ancaq faciələr baş verəndən sonra icra olunmalı deyil. İnsanlar zərər görmədən əvvəl nəzarətlər, addımlar atılmalıdır.Çox qısa müddətdə bu problemləri həll etmək mümkündür. Bunun üçün siyasi iradə lazımdır. İşlək mexanizmlər hazırlamaq lazımdır ki, məmurlar qanunvericiliyi çətinləşdirməklə sui-istifadə hallarına yol verməsinlər”, - millət vəkili əlavə edib.


OXŞAR XƏBƏRLƏR