Bu ölkədə isti havalara görə əhaliyə xəbərdarlıq edildi: Qoruyucu paltar geyinin!

Bu ölkədə isti havalara görə əhaliyə xəbərdarlıq edildi: Qoruyucu paltar geyinin!

Tayvan isti havalara görə vətəndaşlarına xəbərdarlıq edib.

 

Sfera.az xəbər verir ki, ölkədə temperatur 38 dərəcəni keçdiyi üçün əhaliyə lazımi tədbirlərin görülməsi məsləhət görülüb.

 

Tayvanın Meteorologiya Bürosu (CWB) 17 əyalət və şəhərdə temperaturun yüksəldiyini açıqlayıb. Taoyuan şəhərinin şimalındakı ərazilərdə temperaturun 40 dərəcəyə çatacağı qeyd olunub.

 

Ölkənin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə,  son bir həftədə 160 nəfər isti hava ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Rəsmilər xəstələnənlərin sayının 2019-cu ildən bəri ilk dəfə bu qədər artdığını söyləyiblər.

 

İstilər səbəbindən Tayvan Meteorologiya Bürosu əhaliyə bol su içməyi, günəş kremindən istifadə etməyi və qoruyucu geyim geyinməyi tövsiyə edib. Yaşlılara, ürək xəstələrinə və uşaqlara günorta saatlarında küçəyə çıxmamaq barədə xəbərdarlıq olunub.

 

Türkan


OXŞAR XƏBƏRLƏR