Bakı, Sumqayıt və Abşeron üzrə iyul ayının pensiyaları ödənildi

Cəmiyyət
16:16 / 07.07.2023
6146
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyul ayının pensiyaları ödəyib.
Bu barədə Sfera.az-a nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, yaxın günlərdə digər bölgələr üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödəniləcək.