Azərbaycanda əhalinin neçə faizinin evi var, neçə faizi kirayədə yaşayır? – Rəsmi AÇIQLAMA

Azərbaycanda əhalinin neçə faizinin evi var, neçə faizi kirayədə yaşayır? – Rəsmi AÇIQLAMA

Azərbaycanın bir sakininə düşən ümumi yaşayış sahəsi 18,8 kvadrat metrdir.

 

Sfera.az Dövlət Statistika Komitəsinin tədqiqatlarına istinadən xəbər verir ki, əhalinin kənd yerlərində olan mənzillərinin sahəsi şəhərlərlə müqayisədə daha böyükdür. Şəhərlərdə bir nəfərə düşən mənzil sahəsi 16,5 kvadrat metr olduğu halda, kəndlərdə 21,6 kvadrat metrdir.

 

Araşdırmalar göstərir ki, otaq sayına görə əhali daha çox 3 otaqlı mənzillərdə yaşayır. Əhalinin təxminən 40 faizi 3 otaqlı, 26 faizi 4 otaqlı, 18,3 faizi 2 otaqlı mənzillərdə məskunlaşıb. Beş və daha çox otağı olan mənzillərdə əhalinin 13,3 faizi, 1 otaqlı mənzillərdə 2,4 faizi yaşayır.

 

Tədqiqatlar nəticəsində üzə çıxıb ki, əhalinin 66,5 faizi fərdi yaşayış evində məskunlaşıb. Çoxmərtəbəli mənzillərdə əhalinin 30 faizi, yataqxanada 1 faizi yaşayır. Qalanları isə digər yaşayış yerlərində məskunlaşa biliblər.

 

Şəhər və kənd yerlərinin müqayisəsi göstərir ki, fərdi yaşayış evlərində məskunlaşma kənd yerlərində daha yüksəkdir. Kəndlərdə əhalinin 93 faizi fərdi evlərdə yaşayır.

 

Şəhər yerlərində isə əhalinin 52 faizi çoxmərtəbəli binalarda olan mənzillərdə məskunlaşıblar.

 

Azərbaycan əhalisinin təxminən 95 faizi öz mənzillərində yaşayır. Dövlətə məxsus mənzillərdə əhalinin 4,2 faizi məskunlaşıb. Əhalinin təxminən 0,6 faizi isə kirayə mənzillərdə qalır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...

Azərbaycan millisi Dünya Seriyasında 1/4 finala vəsiqə qazandı

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində 1/4 finala vəsiqə qazanıb.   Sfera.az xəbər verir ki, k...

Araqçı: İran ABŞ ilə dialoqu bərpa etməyə hazırdır

Tehran həmişə nüvə proqramı ilə bağlı danışıqlara hazır olub və hazır olacaq, təbii ki, bu dialoq bərpa olunarkən ABŞ və digər ölkələrin hərəkətləri müharibəyə ...

Ukrayna və Azərbaycan iqtisadi əməkdaşlıq planı imzalayıb

Bu gün Bakıda Ukrayna-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 13-cü iclası keçirilib.   Sfera.az xəbər verir ki, Ukrayna nümayə...

Çayda boğularaq ölən Səfiyənin FOTOSU

Xəbər verdiyimiz kimi, bu gün Zaqatalanın Yuxarı Tala kəndi ərazisində 2 yaşlı uşaq çayda boğulub.   Sfera.az-ın məlumatına görə, ...