“Lavrov gizli danışıqlar aparmaq üçün Nyu-Yorkda olub” – ABŞ-nin nüfuzlu nəşri yazdı, Con Kirbi təsdiqlədi

“Lavrov gizli danışıqlar aparmaq üçün Nyu-Yorkda olub” – ABŞ-nin nüfuzlu nəşri yazdı, Con Kirbi təsdiqlədi

Vaşinqtonun Rusiya ilə gizli danışıqlar apardığı iddia olunub.

 

Sfera.az “NBC News”a istinadən bildirir ki, keçmiş ABŞ rəsmiləri aprel ayında Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Onlara ABŞ-də xarici əlaqələr şurasının prezidenti vəzifəsini icra etmiş Riçard Haass və Ağ Evin iki keçmiş köməkçisi də qatılıblar.

 

Nəşr qeyd edib ki, keçmiş Pentaqon rəsmilərinin də daxil olduğu qrupun Kremlə yaxın olduğu düşünülən digər tanınmış ruslarla nə qədər müzakirələr apardığı bəlli deyil. Ən azı bir naməlum qrup üzvünün Rusiyaya getdiyi bildirilib. Qeyd olunub ki, müzakirələrin məqsədi Ukrayna müharibəsinə son qoyulması ilə bağlı mümkün danışıqlar üçün zəmin yaratmaqdır.

 

“NBC News” iki mənbəyə istinadən bildirib ki, Lavrovla görüşənlər daha sonra Ağ Evə bu barədə məlumat veriblər.

 

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “CBS News”a açıqlamasında Ağ Evin qeyri-rəsmi müzakirələrdən xəbərdar olduğunu deyib.

 

"Ancaq mən açıq şəkildə bildirmək istəyirəm ki, bu müzakirələr bizim tərəfimizdən təşviq edilmədi. Biz onları heç bir fəal şəkildə dəstəkləmədik. Prezidentin də dediyi kimi, Ukraynasız Ukrayna haqqında heç nə müzakirə edilə bilməz”.

 

Onun sözlərinə görə, Co Bayden Ukrayna müharibəsinə son qoymaq üçün ruslarla potensial danışıqlara dair keçirilən gizli görüşlərə icazə verməyib. Kibri həmçinin bildirib ki, Vaşinqton Kiyevi silahla təmin etməyə davam edəcək.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...

Azərbaycan millisi Dünya Seriyasında 1/4 finala vəsiqə qazandı

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində 1/4 finala vəsiqə qazanıb.   Sfera.az xəbər verir ki, k...

Araqçı: İran ABŞ ilə dialoqu bərpa etməyə hazırdır

Tehran həmişə nüvə proqramı ilə bağlı danışıqlara hazır olub və hazır olacaq, təbii ki, bu dialoq bərpa olunarkən ABŞ və digər ölkələrin hərəkətləri müharibəyə ...

Ukrayna və Azərbaycan iqtisadi əməkdaşlıq planı imzalayıb

Bu gün Bakıda Ukrayna-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 13-cü iclası keçirilib.   Sfera.az xəbər verir ki, Ukrayna nümayə...

Çayda boğularaq ölən Səfiyənin FOTOSU

Xəbər verdiyimiz kimi, bu gün Zaqatalanın Yuxarı Tala kəndi ərazisində 2 yaşlı uşaq çayda boğulub.   Sfera.az-ın məlumatına görə, ...