Hakim vəzifəsinə qəbul imtahanı keçiriləcək

Hakim vəzifəsinə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 16-da məhkəmə hakimləri vəzifəsinə qəbul üçün test imtahanı keçirəcək.

 

Qurumdan Sfera.az-a bildirilib ki, imtahan iki növbədə - saat 09:00 və 15:00-da kompüter vasitəsilə elektron qaydada təşkil ediləcək.

 

İmtahan DİM-in Bakı ş., Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək.

 

Hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınan namizədlər iyulun 7-dən 15-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.


OXŞAR XƏBƏRLƏR