Riki Martin altı ildən sonra ərindən ayrıldı - FOTO

Riki Martin altı ildən sonra ərindən ayrıldı - FOTO

51 yaşlı müğənni Riki Martin və əri 38 yaşlı Cvan Yosef 6 illik evlilikdən sonra boşanır. Onlar sosial şəbəkələrdə övladlarını birlikdə böyütməyə davam edəcəklərini bildirərək, ayrıldıqlarını elan ediblər.

 

Sfera.az bildirir ki, məşhur müğənni və həyat yoldaşı, sənətçi Cvan Yosef dost kimi ayrıldıqlarını deyiblər.

 

Riki və Cvan altı ildir evlidirlər. Onların dörd yaşlı Lusiya adlı qızı və üç yaşlı Renn adlı oğlu var. Eləcə də nikahdan əvvəl Martindən doğulan 14 yaşlı əkizlər - Matteo və Valentino.

 

Açıqlamada, cütlük hələ də bir-birlərinə sevgi və hörmət olduqları üçün münasibətlərini yaxşı şərtlərlə bitirdiklərini qeyd ediblər. "Biz nikahımızı övladlarımıza sevgi, hörmət və ləyaqətlə və bütün bu gözəl illərdə gözəl cütlük olaraq yaşadıqlarımıza hörmətlə bitirmək qərarına gəldik"- deyə Riki və Cvan bildirib.

 

Cütlük uşaqları birlikdə böyütməyə davam etmək üçün sağlam ailə dinamikasını və dostluğa əsaslanan münasibətləri qorumaq istədiklərini deyiblər.

 

Qeyd edək ki, Puerto-Rikolu hitmeyker Riki Martin və Suriya əsilli isveçli rəssam Cvan Yosef 2015-ci ildə İnstaqram vasitəsilə tanış olublar. Riki Martin Yoseflə görüşmək üçün Londona getməzdən əvvəl onlar bir neçə ay virtual olaraq danışıblar. Növbəti il ​​müğənni “The Ellen DeGeneres Show”da nişanlandıqlarını və 2018-ci ilin yanvarında gizli evləndiklərini açıqlayıb.

 

"Mən onun sənətini gördüm və sözün əsl mənasında dəli oldum, çünki etdiyi işi çox bəyəndim. Həqiqətən də orijinaldır. Mən onunla əlaqə saxladım və sonra onunla görüşməyə başladım"- deyə Riki bildirib.

 

Rikinin artıq böyük əkiz oğulları olsa da, surroqat analıq yolu ilə cütlüyün daha iki övladı dünyaya gəlib. Keçən il onun qardaşı oğlu Dennis Yadiel Sanchez Martinə qarşı müvəqqəti həbs qərarı çıxararaq, müğənni ilə cinsi əlaqədə olduğunu iddia edib. O iddiasında münasibətləri sona çatdıqdan sonra təhqir və təzyiqlərə məruz qaldığını irəli sürüb. Riki Martin ittihamları qəti şəkildə rədd edərək, qardaşı oğlunun psixi sağlamlıq problemləri olduğunu deyib. Riki onun psixoloji dəstəyə ehtiyacı olduğunu bildirib. Həmin ayın sonunda Puerto-Rikolu hakim Sançesin tələbi ilə müvəqqəti məhdudlaşdırma qərarını rəsmi olaraq ləğv edib. Noyabr ayında Riki qardaşı oğluna qarşı 20 milyon dollarlıq əks iddia qaldıraraq, Dennisin onu təqib və pul tələb etdiyini iddia edib.

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...

Azərbaycan millisi Dünya Seriyasında 1/4 finala vəsiqə qazandı

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində 1/4 finala vəsiqə qazanıb.   Sfera.az xəbər verir ki, k...

Araqçı: İran ABŞ ilə dialoqu bərpa etməyə hazırdır

Tehran həmişə nüvə proqramı ilə bağlı danışıqlara hazır olub və hazır olacaq, təbii ki, bu dialoq bərpa olunarkən ABŞ və digər ölkələrin hərəkətləri müharibəyə ...

Ukrayna və Azərbaycan iqtisadi əməkdaşlıq planı imzalayıb

Bu gün Bakıda Ukrayna-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 13-cü iclası keçirilib.   Sfera.az xəbər verir ki, Ukrayna nümayə...