Lökbatanda dənizdə bir nəfər BATDI
Cəmiyyət
21:40 / 06.07.2023
9565
Lökbatan qəsəbəsi yaxınlığında dənizdə bir nəfər batıb.
Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iyulun 6-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 550 metr aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.