Azərbaycan filmi Türkiyə kinoteatrlarında yayımlanacaq - FOTO

Azərbaycan filmi Türkiyə kinoteatrlarında yayımlanacaq - FOTO

Azərbaycan filmi Türkiyə kinoteatrlarında yayımlanacaq.

 

Sfera.az bildirir ki, bu barədə Elvin Abdullayev öz Facebook səhifəsində məlumat verib.

 

Onun sözlərinə görə, “Cinnas” çəkiliş heyəti Türkiyənin ən böyük distribyutor şirkəti olan “Mars Dağıtım”la razılaşma əldə edib. Ölkənin digər sahələrində olduğu kimi, Mədəniyyət sahəsində də baş verən islahatları, qəbul edilən qərarları yaxından izlədiklərini bildirən Elvin Abdullayev bu hadisəni də Azərbaycan və Türkiyə arasındakı mədəni münasibətlər üçün atılmış çox mühüm addım hesab etdiyini bildirib.

 

Qeyd edək ki, “Cinnas” filmi 14 iyuldan etibarən Türkiyənin bütün kinoteatrlarında yayımlanacaq.

 

Orxan

 


OXŞAR XƏBƏRLƏR