Cavanşir Məmmədovla Lalə Azərtaş arasında QALMAQAL: "Rüşvət alıb..."  - VİDEO

Cavanşir Məmmədovla Lalə Azərtaş arasında QALMAQAL:

Əməkdar artist Cavanşir Məmmədovla aparıcı Lalə Azərtaş arasında gərgin anlar yaşanıb. 

 

Sfera.az xəbər verir ki, buna səbəb müğənninin aparıcının ünvanına ittihamlar səsləndirməsi olub. Belə ki, C. Məmmədov keçmiş kürəkəni Kemal Mustafa İbilinin kiminsə tapşırığı ilə “Təsir dairəsi” verilişinə çıxdığını iddia edib. 

 

İfaçının “Mən bilirəm sizə kim deyib onu efirə çıxardın” sözləri aparıcını əsəbiləşdirib. C. Məmmədov bildirib ki, L. Azərtaş K. Mustafanı efirə çıxartmaq üçün rüşvət alıb:

 

“Buraya aylarla gələn var, amma efirə çıxa bilmir. Kamal 15 dəqiqənin içində efirə çıxıb? Qapıdan girəndə nə qədər adam üstümə qaçır ki, Lalə xanıma deyin məni efirə çıxartsın. Yazıqlar gəlib otururlar”. 

 

Aparıcı isə ona “Mədəniyyətimi qoruyuramsa, bu çərçivədə danışacağıq. Elə edəcəksiniz ki, otaqda dediklərinizin səs yazısını yayacağam. Qızınız və siz verilişdən sonra otağa gəlib dediniz ki, mövzu bağlansın. Allah bilir ki, heç kimin sözü ilə insanlara qapı açmıram. Heç kimin zəngi ilə də mövzu bağlamıram. Bizim verilişə kim gəlib çıxa bilməyib? Adam iki ay içində məktub yazıb. Kim olduğunu bilmirdim. Bilsəydim də çağırardım” cavabını verib.

 

Qeyd edək ki, C. Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Kamal Mustafa tərəfindən aldadıldığını bildirib. Əməkdar artist iddia edib ki, Kamal Mustafa ondan 13 000 manat və 126 500 dollar alıb və geri qaytarmayıb. K. Mustafa barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə K. Mustafaya Cinayət Məcəlləsinin 147-ci maddəsi (Böhtan) üzrə bəraət verib. O, Məcəllənin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib.


OXŞAR XƏBƏRLƏR

İyulun pensiyası bu tarixdə ÖDƏNİLƏCƏK

İyulun 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.   Sfera.az xəbər verir ki, bu bar...

Avropada istiyə görə 2300-dən çox insan həyatını itirdi

Ötən həftə başa çatan kütləvi isti dalğası zamanı Avropanın 12 şəhərində 2300-ə yaxın insan dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə L...

Tikdirdiyi binadan hər qızına 5 mənzil verəcək

Türkiyəli müğənni İbrahim Tatlıses Şanlıurfanın Dağeteği ilə Germüş bölgələri arasında yerləşən və təxminən 20 il əvvəl satın aldığı torpaq sahəsindən böyük qaz...

Məhərrəmlikdə onların bazarı "ölür"

Azərbaycanda Məhərrəm ayının başlaması ilə bir çox sahələrdə bazarın durğunluğu müşahidə olunur. Xüsusilə Aşura günü və ondan sonrakı günlərdə əyləncə, şənlik v...

Uşaqların inkişafında cəmiyyətin rolu - ARAŞDIRMA

Uşaq və gənclərin inkişafı istənilən cəmiyyətin gələcəyinin təminatıdır. Onların fiziki və mənəvi sağlamlığı həm fərdi xoşbəxtlik, həm də sosial rifah baxımında...

Astarada marketdə istehlaka yararsız məhsullar aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Astara rayonu, Burzubənd kəndində fəaliyyət göstərən Cəmilə Əli qızı Əliyevaya məxsus ...