Zaur Baxşəliyev ATV-dən ayrılıb "Xəzər"ə keçir? - AÇIQLAMA

Zaur Baxşəliyev ATV-dən ayrılıb

Yerli mətbuatda uzun müddətdir Azad Azərbaycan televiziyasında çalışan Zaur Baxşəliyevin Xəzər tv-yə keçməsi ilə bağlı iddialar yayılıb.

 

Sfera.az xəbər verir ki, mətbuat.az məsələ ilə bağlı ATV kanalı ilə əlaqə saxlayıb.

 

Kanalın mətbuat katibi Ozal İbrahimli bildirib ki, bu barədə iddialar doğru deyil:

 

"Heç bir əsası yoxdur. Xəzər TV-yə qonaq kimi gedib. Zaur Baxşəliyev ATV-də yeni mövsümə yeniliklərlə dolu verilişlərə hazırlaşır".

 

Qeyd edək ki, aparıcı Xəzər tv-yə gedərək oradakı keçmiş iş yoldaşları ilə şəkil çəkdirib. Bu görüntülər aparıcının ATV-dən ayrıldığı iddialarını gücləndirib.


OXŞAR XƏBƏRLƏR