Göyçayın icra başçısı Qarabaqqal kəndində vətəndaşlarla görüşdü - FOTOLAR

Göyçayın icra başçısı Qarabaqqal kəndində vətəndaşlarla görüşdü - FOTOLAR

06 iyul 2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Qarabaqqal kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib.


Sfera.az xəbər verir ki, qəbulda rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.


İcra kakimiyyətinin başçısı Natiq Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb, eləcə də Göyçay rayonunda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat verib.


Sonra rayon icra hakimiyyəti başçısının Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamil Qasımov çıxış edərək kəndin əhalisi, sosial-iqtisadi inkişafı, kənd sakinlərinin məşğuliyyətindən və nümayəndəlik ərazisində görülən işlərdən bəhs edib.


Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir neçəsi yerində həllini tapıb, araşdırılmasına ehtiyac olan digər məsələlər isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.


Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

 

 


 


OXŞAR XƏBƏRLƏR