"Azərbaycan-Əlcəzair siyasi əməkdaşlığında Fransa faktorunun da rolu böyükdür" - Politoloq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attafı qəbul edib.

 

Görüşün diqqətçəkən məqamı Prezident İlham Əliyevin Əlcəzair Prezidentini ölkəmizə rəsmi səfərə dəvət etməsidir. Prinsip etibarilə bu dəvət ötən ilin noyabrın 1-də Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etməsinə bir cavabdır. 

 

Bu gün Afrika qitəsinin ən zəngin dövlətlərindən biri olan Əlcəzairlə Azərbaycan arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlıq həyata keçirilir. Son illər xüsusilə iki ölkə siyasi kontekstdə sıx əməkdaşlıq edir. 

 

Azərbaycan-Əlcəzair siyasi əməkdaşlığında diqqətçəkən bir digər məqam Fransa faktorudur. Rəsmi Parisin son illərdə sərgilədiyi destruktiv, ermənipərəst, separatist və islamafob xarici siyasət Bakı ilə münasibətləri soyuqlaşdırıb. 

 

Fransa-Əlcəzair münasibətləri də tarixi ədavətdən və Parisin vaxtaşırı bu ölkənin daxili işlərinə müdaxilə etməsi səbəbindən tez-tez gərginləşir. 

 

Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairlinin qətlə yetirilməsi və üzr istəmək yerinə Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümüklərini müharibə qənimətləri kimi saxlaması iki ölkə münasibətlərini daha çıxılmaz hala salır. 

 

Bakı Parisin anti-Azərbaycan siyasətinə qarşı adekvat cavab vermək və gözünü qorxutmaq üçün diplomatik müstəvidə təzyiq rıçaqlarını artırır. Əlcəzairlə əməkdaşlıq buna misal ola bilər. Xüsusilə Bakının həm dini kontekstdə, həm də soyqırım aspektində Əlcəzairdə baş verənləri qabartması Fransaya yönəlik açıq siyasətdir. 

 

O ki qaldı Prezident İlham Əliyevin Əlcəzair prezidentini ölkəmizə rəsmi səfərə dəvət etməsinə, mümkündür ki, bu dəvət qəbul ediləcək. Yaxın müddət ərzində, hətta görüşün vaxtı da açıqlana bilər. 

 

Əlcəzair prezidentinin ölkəmizə səfəri zamanı baş tutan görüşdə hər iki ölkənin lideri Fransa əleyhinə daha sərt və ciddi bəyanatlar verə bilər.

 

Müəllif: Politoloq Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...

Azərbaycan millisi Dünya Seriyasında 1/4 finala vəsiqə qazandı

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində 1/4 finala vəsiqə qazanıb.   Sfera.az xəbər verir ki, k...

Araqçı: İran ABŞ ilə dialoqu bərpa etməyə hazırdır

Tehran həmişə nüvə proqramı ilə bağlı danışıqlara hazır olub və hazır olacaq, təbii ki, bu dialoq bərpa olunarkən ABŞ və digər ölkələrin hərəkətləri müharibəyə ...

Ukrayna və Azərbaycan iqtisadi əməkdaşlıq planı imzalayıb

Bu gün Bakıda Ukrayna-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 13-cü iclası keçirilib.   Sfera.az xəbər verir ki, Ukrayna nümayə...