Berluskoninin mirasının sahibləri bəlli olub – Keçmiş baş nazir dostlarını da unutmayıb

Berluskoninin mirasının sahibləri bəlli olub – Keçmiş baş nazir dostlarını da unutmayıb

İyunun 12-də 86 yaşında dünyasını dəyişən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin mirasının sahibləri bəlli olub.

 

Sfera.az xəbər verir ki, bununla bağlı “Reuters” agentliyi Berluskoniyə yaxın olmuş bir mənbəyə istinadən məlumat yayıb.

 

Məlumatdan görünür ki, böyük sərvətə sahib olan keçmiş baş nazirin varidatı övladları ilə yanaşı ölümünə qədər sevgili olduğu xanım və dostu arasında bölünəcək.

 

Berluskoninin böyük övladları Marina və Pier Silvio atalarının qurduğu “Fininvest” adlı holdinqin əksər səhmlərində bərabər pay alacaqlar. Onlar “Fininvest”in səhmlərinin 53 faizinə sahib olacaqlar.

 

Səhmlərin qalan hissəsi Berluskoninin ikinci evliliyindən olan övladları Barbara, Eleonora və Luici arasında bölünüb.

 

Xəbər agentliyinə məlum olub ki, Berluskoni, mirasını hələ 2006-cı ildə bölüb və bununla bağlı vəsiyətnamə imzalayıb.

 

Berluskoninin son günlərində yanında olan ortağı Marta Fascina mirasdan pay alan şəxslər arasındadır. Fascina və Berluskoninin qardaşı Paolonun hər birinə 100 milyon avro (təxminən 183 milyon manat) pay verilib. Berluskonin digər dostu Marçello Dell Utriyə 30 milyon avro qoyub.

 

İtaliya qanunlarına görə, uşaqlar valideynlərinin sərvətinin üçdə ikisini bərabər şəkildə alır, qalan üçdə biri isə miras şəklində ala bilər.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...

Azərbaycan millisi Dünya Seriyasında 1/4 finala vəsiqə qazandı

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində 1/4 finala vəsiqə qazanıb.   Sfera.az xəbər verir ki, k...

Araqçı: İran ABŞ ilə dialoqu bərpa etməyə hazırdır

Tehran həmişə nüvə proqramı ilə bağlı danışıqlara hazır olub və hazır olacaq, təbii ki, bu dialoq bərpa olunarkən ABŞ və digər ölkələrin hərəkətləri müharibəyə ...

Ukrayna və Azərbaycan iqtisadi əməkdaşlıq planı imzalayıb

Bu gün Bakıda Ukrayna-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 13-cü iclası keçirilib.   Sfera.az xəbər verir ki, Ukrayna nümayə...

Çayda boğularaq ölən Səfiyənin FOTOSU

Xəbər verdiyimiz kimi, bu gün Zaqatalanın Yuxarı Tala kəndi ərazisində 2 yaşlı uşaq çayda boğulub.   Sfera.az-ın məlumatına görə, ...