Tanınmış aparıcı OD PÜSKÜRDÜ: “Vado Korovin qohumlarını “Space”ə yığıb... ” -  FOTOLAR

Tanınmış aparıcı OD PÜSKÜRDÜ: “Vado Korovin qohumlarını “Space”ə yığıb... ” -  FOTOLAR

“Space” TV-nin sabiq əməkdaşı, tanınmış teleaparıcı Zamirə Dadaşova telekanalın rəhbəri Vado Korovindən narazı olduğunu bildirib.

 

Sfera.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

 

Aparıcı ““Space” MMC-nin direktoru Vado Korovin və komandasından şikayətçi olduğunu bildirib. Narazılığa səbəb kimi isə əmək kitabçasını götürə bilməməsini göstərib:

 

““Space” MMC-nin hazırkı direktoru Vado Korovinin və onun ətrafında olan Fətiyev qardaşlarının, “Space”in baş redaktoru, deyilənə görə, Korovinin qohumu olan Elnurə adlı xanımın özbaşınalıqlarından narazıyam. Artıq neçə gündür, əmək kitabçamı bu şirkətdən götürə bilmirəm. Aprelin 1-də müəllifi olduğum “Açıq söhbət” verilişinin saat 21:00 efirinə salınmasına baxmayaraq, heç bir səbəb olmadan efirdən çıxardılar. Halbuki, özlərinin razılığı ilə çəkiliş aparılmışdı. Aprelin 27-də Vado Korovinin imzasıyla ixtisara düşdüyüm haqda xəbərdarlıq göndərdilər. Heç bir səbəb gətirmədən əmək kitabçamı və əmri mənə vermək istəmirlər.Səbəbini anlamıram. Deyirəm, siz mənə Vado Korovinin imzası ilə xəbərdarlıq göndərmisiz. Xəbərdarlığı göndərən deyir, o, cızma-qaradır, hüquqşünasımız deyir işə gəlmədiyinə görə işdən azad edək, belə daha doğrudur. Əlimizdə sübut da var ki, feyskontroldan keçməyib. Kadrlar şöbəsinin müdiri deyir “mən onların sözündən çıxa bilmərəm, yoxsa mənə pis olar. Dərəbəylikdir “Space”də yəqin ki. Bəs mənim əlimdə olan sənəd Vado Korovin üçün sübut deyil? Bütün nəsli, deyilənə görə, orada işləyir. Qızınızın, kürəkəninizin adını da işçilər hallandırır. Fətiyevlər də - üç qardaş (Vüqar, İlqar və Qalib) bütün qanunsuzluqlara əl atırlar”.

 

 

““Space” sizə etibar edilməyib ki, ətrafınıza qohumlarınızı, dostlarınızı yığıb özbaşınalıq edib, işçiləri incidəsiniz. Ancaq öz cibini, mənafeyini güdüb, gülünc, əxlaqı pozan verilişləri efirdə yayımlayıb insanların əsəbi ilə oynayırsınız. Əməkhaqları yenə gecikdirilir. İnsanlara şər atmaqla məşğulsuz. Məndə səs yazıları, yazışmalar var, lazım olsa, lazımi orqanlara onları da təqdim edərəm. Hələ ki sizin bu gün mənə qarşı etdiyinizə qiymət verə bilmirəm. Bu nə qanunsuzluqdur? Bilmirsiniz? bu ölkənin qanunları var? Bilmirsiniz, sizin mənə əmək kitabçasını verməməyiniz mənim işə düzəlməməyim deməkdir? Bilmirsiniz, bu mənim əməkhaqqı almamağına gətirib çıxarır? Vəkilim lazım olan instansiyalara yazılı müraciət edəcək”,  - aparıcı qeyd edib.

 

 

Orxan 

 




OXŞAR XƏBƏRLƏR

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan etdi

Ölkənin birinci bankı Kapital Bank 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabata görə bankın aktivləri 1 yanvar 2025-ci il tarixinə 11 milyard manat tə...

Şanxay limanı yük dövriyyəsinə görə liderdir

Şanxay limanı 2024-cü ildə yük dövriyyəsinə görə dünya liderliyini qoruyub saxlayıb.   Sfera.az bu barədə hökumətin ötən ilin işlərinin yekunlarını ə...

Keyt Middlton xərçəngə qalib gəldi

Martın 22-də xərçəng xəstəliyinə tutulduğu və kimyaterapiyadan keçdiyi açıqlanan Uels şahzadəsi Keyt Middlton müalicəsinin başa çatdığını və sağalma mərhələsind...

FORBES Heydər Əliyev Mərkəzindən yazdı - FOTOLAR

Dünyanın məşhur jurnalı “Forbes” jurnalı italiyalı heykəltəraş Canfranko Megiatonun Heydər Əliyev Mərkəzində keçirilən “Görünməyənin cizgiləri...

"Bu saziş regionda yeni gərginliyə səbəb olacaq" - Politoloq

ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi müzakirə obyektinə çevrilib. Bu addımın mümkün nəticələri gündəmdədir.   ...

Avtobus sürücüləri bu hallarda işdən çıxarılır - RƏSMİ

Avtobus sürücüləri, sərnişinləri daşıyan şəxslər olaraq, yollarda yüksək məsuliyyət daşıyır və xüsusi peşə tələblərinə uyğun gəlməlidirlər.   Sfera.a...