Sabah 39 dərəcə İSTİ OLACAQ

Sabah 39 dərəcə İSTİ OLACAQ

Sabahın hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, iyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

 

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq.Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti olacaq.

 

Atmosfer təzyiqi 759 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % olacaq.



Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.



Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 17-22° isti olacaq.


OXŞAR XƏBƏRLƏR