Bakıda kütləvi dava

Bakıda kütləvi dava

Bakının Səbail rayonu ərazisində kütləvi dava baş verib.

Hadisə Üzeyir Hacıbəyli küçəsi, 21 ünvanında qeydə alınıb.

Binanın həyətyanı sahəsində 4 nəfər arasında mübahisə düşüb. Mübahisə sonradan davaya çevrilib. Dava zamanı soyuq silahdan da istifadə edilib. Nəticədə 1996-ci il təvəllüdlü Abdullayev Vüsal Ramiz oğlu üç bıçaq zərbəsi alıb. Ağır yaralanan V.Abdullayev təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağırdır.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb. (Apa)



OXŞAR XƏBƏRLƏR