Antalyada partlayış

Antalyada partlayış

Antalyada baş verən partlayış zamanı 12 nəfərə yaxın şəxs sınan şüşə parçalarından yüngül xəsarət alıb.
 
Sfera.az Lent.az-a istinadən xəbər verir ki, avtodayanacaqda qeydə alınan partlayışın səbəbi hələlik bəlli olmasa da, terror qaynaqlı olub-olmadığı araşdırılır. Hadisə zamanı 4 avtomobil zərər görüb, biri isə tamamilə parçalanıb. Partlayış baş verən ərazidə ikinci terror ehtimalı ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib.
 
Antalya Bələdiyyəsinin sədri Menderes Türel açıqlamasında deyib ki, heç bir təhlükə yoxdur, hadisə terrorla bağlı olmaya da bilər, yaralıların da vəziyyəti stabildir.
 
Qeyd edək ki, partlayışın baş verdiyi binada bu gün günorta saatlarında Antalya Bələdiyyə sədrinin də iştirak edəcəyi iclas keçiriləcəkdi. 
 


OXŞAR XƏBƏRLƏR