1 milyonluq terrorçu öldürüldü
11:08 / 25.10.2016
1094
Türkiyədə "Seyid" kod adlı PKK terrorçusu Cahit Beyhan öldürülüb.
Sfera.az-ın məlumatına görə, öldürülən Cahit Beyhanın başına 1 milyon türk lirəsi mükafat qoyulmuşdu.
Bitlisin Aşağı Ölek və Yuxarı Ölek kəndlərində PKK-ya qarşı əməliyyat təşkil olunub. Bu zaman PKK-çılarla təhlükəsizlik qüvvələri arasında atışma baş verib. Əməliyyatla bağlı jandarmadan verilən yazılı açıqlamada 4 PKK terrorçusunun öldüyü bildirilib və qeyd edilib ki, onların arasında başına 1 milyon TL pul mükafatı qoyulan Cahit Beyhan da var.
Qeyd edək ki, Cahit Beyhan PKK-nın Garzan bolgəsinin kordinatoru idi.