Azərbaycanda ilin tələbəsi oldu - Almaniyada çalışacaq

Cəmiyyət
18:00 / 05.07.2023
4681
Azərbaycan Universitetləri üzrə 2023-cü ilin tələbəsi seçilib.
Sfera.az "Azərbaycan Universitetləri” səhifəsinin yaydığı məlumata istinadən xəbər verir ki, bu ada Səbinə Feyzullayeva layiq görülüb.
Bildirilib ki, 6 il əvvəl Sumqayıtdakı Təbiət Elmləri Təmayüllü Gimnaziyanı qızıl medalla bitirərək 690 balla Azərbaycan Tibb Universitetini seçən tələbə, həm də Prezident təqaüdü alıb.
Bu il isə 98,21 balla ATU-dan məzun olub.
O, iş və təhsil karyerasını Almaniyada davam etdirəcək.