“TASS”a yeni direktor təyin edildi - Putinin keçmiş komanda üzvüdür

“TASS”a yeni direktor təyin edildi - Putinin keçmiş komanda üzvüdür

Rusiyanın TASS informasiya agentliyinə yeni baş direktor təyin olunub.

 

Sfera.az bildirir ki, Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Sergey Mixaylovun TASS-ın baş direktoru vəzifəsindən azad edilməsi və onun yerinə Andrey Kondraşovun təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Əvvəllər Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun birinci müavini vəzifəsində çalışmış 50 yaşlı Kondraşov 2018-ci ildə Putinin seçki qərargahının mətbuat katibi vəzifəsində çalışıb. Sergey Mixaylov isə 2012-ci ildən baş direktor vəzifəsini icra edib.

 

Qeyd edək ki, Kreml Ukrayna müharibəsi başlayandan bəri media üzərində nəzarəti gücləndirib. Bir sıra aparıcı müstəqil xəbər agentlikləri bağlanıb, bir çox jurnalist və nəşrlər “xarici agent” adlandırılıb.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...