İdman müəlliminin zərbələrindən sonra ölən 7 yaşlı Fəridin MƏZARI - FOTO

Cəmiyyət
16:23 / 05.07.2023
3716
Xəbər verdiyimiz kimi, Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarov idman məşqçisi Mehman Xəlilovun kobud hərəkətləri nəticəsində dünyasını dəyişmişdi.
Sfera.az xəbər verir ki, azyaşlının ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov barəsində Sumqayıt Şəhər Məhkəməsi istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.
7 yaşlı Fəridin məzarının fotosunu təqdim edirik:
(News24.az)