Sabah bu rayonlara yağış yağacaq - PROQNOZ

Sabah bu rayonlara yağış yağacaq - PROQNOZ

İyulun 6-da gözlənilən hava şəraiti açıqlanıb.

 

Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq.


Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq.


 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz Balakən-Şəki zonasının bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacaq.


OXŞAR XƏBƏRLƏR