Ən çalışqan bürclər - Onlar ideal işçilərdir

Ən çalışqan bürclər - Onlar ideal işçilərdir

Bəzi insanlar həm təhsil, həm də iş həyatında iddialı və qətiyyətli xarakterləri ilə diqqət çəkirlər. Onlar vəzifələrinin öhdəsindən yaxşı gəlmək üçün dayanmadan çalışır, hətta işlərini şəxsi həyatlarından üstün tuturlar.

 

Sfera.az bu dəfə astrologiyada zəhmətkeşliyi ilə diqqətçəkən bürclər barədə məlumatı təqdim edir.

 

Oğlaq bürcü – İşgüzardırlar və onlar iş həyatını şəxsi həyatlarından üstün tuturlar. Bu bürcün nümayəndələri çalışıb qazanmağı sevirlər. Oğlaqlar tətildə olsalar belə, işləri hər zaman ön planda olur. Onlar həm də müntəzəm və sistemli işləyirlər. Bu yolla uğur əldə edir və yüksəlirlər.

 

Qız bürcü – Detallara fikir verirlər. Bir işi mükəmməl yerinə yetirmək üçün ona hərtərəfli yanaşırlar. Zəhmətkeşliyi və mükəmməl əməkləri ilə hər zaman axtarılan işçi ola bilirlər. Qız bürcləri praktik zəkalarını zəhməti ilə birləşdirdikdə mütləq uğur qazanacaqlar.

 

Qoç bürcü – İddialıdırlar, öhdəsinə düşən işi bitirmədən heç vaxt öz həyatına qayıda bilməzlər. Onlar işləməyi, rəqabəti sevirlər. İş həyatında özünü göstərmək üçün hər cür cəhdlər edirlər.  Çox sürətli, templi olduqları üçün işlərini qısa zamanda bitirirlər. İnadkar təbiətləri sayəsində istədiklərini əldə edir,  yorulmadan çalışırlar.

 

Şir bürcü - Astrologiyada ən çalışqan bürclərdəndir. Onlar həmişə ən yaxşı olmaq üçün mübarizə aparırlar. Zirvəyə çatmaq üçün gecə-gündüz işləyə bilərlər. Yaradıcı fikirlər çox vaxt Şir bürcünün nümayəndələrindən çıxır. Onlar həmişə yüksək hədəflər qurur və yerində saymağı sevmirlər.

 

Əkizlər bürcü -  Astrologiyanın mehriban bürclərindən biri olan əkizlər iş məsələsində böyük nizam-intizama sahibdirlər. Onlar çox ağıllıdır və  hər şeyi asan həll etmək üçün bir çox yollara əl atırlar. Fərqli və kreativ ideyaları ilə seçilirlər.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...