"Maşın bol, restoranlar dolu, Azərbaycanda yoxsul yoxdur" - Əməkdar artist

Cəmiyyət
11:45 / 05.07.2023
3388
"Azərbaycanda yoxsul yoxdur. Kasıb ola bilər, o da öz günahıdır".
Sfera.az bildirir ki, bunun Əməkdar artist Kubra Əliyeva "Elgizlə izlə" verilişində deyib.
O, həmçinin qeyd edib:
"Ərəb şeyxi qızının ad günündə torta 70 min pul verib. Bizimkilər də ondan götürüb. Azərbaycanda yoxsul yoxdur. Kasıb ola bilər, o da öz günahıdır. Oxumur, işləmir, deyir, elə mənə dövlət baxsın. Elə şey yoxdur. Yolda yerimək olmur, maşın bol, restoranlar dolu".