Arutyunyan danışıqlar üçün Bakıya nümayəndə heyəti göndərir? – İlginc AÇIQLAMA

Arutyunyan danışıqlar üçün Bakıya nümayəndə heyəti göndərir? – İlginc AÇIQLAMA

“Qarabağdakı separatçı rejim Bakıya öz nümayəndələrini göndərmək istəyir”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.  O, Rusiyanın buna imkan vermədiyini iddia edib:

 

“Qondarma rejimin başçısı Arayik Arutunyan situasiyanın çətinliyini qəbul edərək, çıxılmaz vəziyyətə qalıb. Rusiya Qarabağda silahlı erməni birləşmələrinin əli ilə təxribatlara əl atır. Lakin fikrimcə, belə bir görüş Bakıda da olmasa, Ağdamda baş tuta bilər.  Azərbaycan birbaşa Rusiyanın iştirakı olmadan ünsiyyətdə maraqlıdır”.

 

Ekspert bildirib ki, Arayik də özünə təhlükəsizlik zəmanətinin verilməsini istəyir:

 

“Lakin Rusiya prosesi sabotaj edir. Qarabağda reinteqrasiya prosesinə, birbaşa ünsiyyətə mane olan rus sülhməramlı qüvvələridir.  Ermənistan hakimiyyəti separatçıların danışaqlara getməsi üçün xəbərdarlıq edirlər. ABŞ-nin Ermənistandakı səfiri də Qarabağda ermənilərin Azərbaycanın tərkibində qalmasının zəruriliyini vurğulayıb. Düşünürəm ki, yaxın aylarda Azərbaycanın Xankəndi və ətrafında yuridiskiyası bərpa olunacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...