Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb
09:32 / 25.10.2016
1228
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın oktyabrın 25-ə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-də verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 24-ü ilə müqayisədə 0,37% bahalaşaraq 1,6211 manat təşkil edib.
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,7549 manatdan 1,7638 manata qalxıb.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 24-ü ilə müqayisədə 0,0258 manatdan 0,0261 manatadək bahalaşıb.
Türkiyə lirəsinin məzənnəsi isə 0,5245 manatdan 0,5260 manata qalxıb.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9705 manatdan 1,9808 manadək bahalaşıb.
Gürcüstan larisinin məzənnəsi 0,6829 manatdan 0,6826 manata düşüb.