“Cyberpoint”lə Texniki Universitet arasında Əməkdaşlıq Memorandumu İMZALANDI

“Cyberpoint”lə Texniki Universitet arasında Əməkdaşlıq Memorandumu İMZALANDI

(®) Azərbaycanın aparıcı kibertəhlükəsizlik xidməti təminatçısı olan “Cyberpoint” MMC ilə ölkəmizin ən nüfuzlu universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

 

Sfera.az xəbər verir ki, bu Memorandumun məqsədi tərəflər arasında öz nizamnamələri çərçivəsində kibertəhlükəsizlik sahəsində milli, elmi-texniki və insan resursları potensialının gücləndirilməsi məqsədilə əlaqələrin və işgüzar münasibətlərin qurulmasının, birgə layihələrin həyata keçirilməsinin, səmərəli məlumat mübadiləsinin təşkil olunmasının təşviq edilməsidir.

 

Bununla yanaşı “Cyberpoint”lə Azərbaycan Texniki Universiteti arasında imzalanan memorandum tərəflər arasında əməkdaşlığın həyata keçiriləcəyi ümumi sahələrin müəyyənləşdirilməsi məqsədini də özündə daşıyır.

 

Əməkdaşlıq Memomrandumunun başlıca hədəflərindən biri də kibertəhlükəsizlik sahəsi üzrə təhsil alan tələbələrin praktiki təlimlərə cəlb olunması və onların bu sahədə daha geniş biliklərə yiyələnməsi üçün lazımı şəraitin yaradılmasıdır.

 

Məlumat üçün bildirək ki, Azərbaycanda aparıcı kibertəhlükəsizlik şirkəti olan “Cyberpoint” MMC müxtəlif dövlət qurumlarına və eləcə də özəl şirkətlərə xidmət göstərir. Kibertəhlükəsizlik üzrə ən böyük əməliyyat mərkəzinə malik olan “Cyberpoint” şirkəti Təhlükəsizlik Əməliyyat Mərkəzi xidməti, Nüfuzetmə Sınaqları xidməti, Rəqəmsal Audit və İstintaq xidməti, Kibertəhlükəsizlik Həllərinin Tətbiqi və Dizaynı xidməti, Kiber Konsalting və Kiber Maarifləndirmə xidmətlərini təqdim edir.


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...