Neftin qiyməti ucuzlaşmaqda davam edir
09:11 / 25.10.2016
1406
Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.
Sfera.az Bloomberg-ə istinadən xəbər verir ki, hərracların nəticələrinə görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,23% azalaraq 51,34 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,08% ucuzlaşaraq 50,48 dollar təşkil edib.
Qeyd edək ki, dünən səhər saatlarında Brent və WTI markalı neftin qiymətləri müvafiq olaraq 51,54 və 50,56 dollar təşkil etmişdi.