Göyçayda piyada səkilərinin yenidən qurulması işləri davam etdirilir - FOTO

Cəmiyyət
13:06 / 04.07.2023
3026
Göyçay şəhərinin küçələrində vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə piyada səkilərinin yenidən qurulması işləri aparılır.
Sfera.az xəbər verir ki, iyulun 3-də abadlıq işləri çərçivəsində şəhərin 28 may küçəsində piyadalar üçün nəzərdə tutulmuş səkilərin əsaslı şəkildə təmiri, fərdi yaşayış evlərinin fasad və çöl barı hissəsinin üzlənməsi, həmçinin yol kənarlarında yaşıllıqların salınması işlərinin layihə üzrə həyata keçirilməsinə başlanılıb.
Qeyd edək ki, bugünədək şəhərin Heydər Əliyev prospekti, M.Ə.Rəsulzadə, Füzuli, M.Muradov və R.Rza küçələrində piyada səkilərinin yenidənqurulma işləri tamamlanıb.
İşlərin keyfiyyətlə həyata keçirilməsi nəzarətdə saxlanılır.