“Kağız və metal pulların 17 faizi yenilənib” – Mərkəzi Bank
Azərbaycan Mərkəzi Bankı 2022-ci ildə çap şirkətindən 2 milyard 446 milyon 950 min manat məbləğində yeni kağız və metal pul nişanlarını təhvil alıb.
Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, yeni çap edilən pulların məbləği 2021-ci illə müqayisədə təxminən 5 dəfə artıb. 2021-ci ildə 507 milyon 566 min manat məbləğində kağız və metal pul alınmışdı.
Rəsmi məlumata əsasən yeni pulların böyük hissəsi dövriyyəyə daxil edilib. Bunun nəticəsində dövriyyədə olan kağız və metal pulların məbləği 2,404 milyard manat artaraq 14,714 milyard manatı ötüb. Yeni çap edilən pullar dövriyyədə olan pulların 16,7 faizinə yaxın olub.
2022-ci ildə çap şirkətindən böyük məbləğdə kağız və metal pulların alınmasını 1, 5, 10, 20 və 50 manatlıq pul nişanlarının dizaynının yenilənməsi ilə əlaqələndirmək olar. 2021-ci ildə 1, 5 və 50 manatlığın, 2022-ci ildə isə 10 və 20 manatlığın yenilənməsinə başlanılıb.
Vasif