600-dən çox bal toplayan abituriyentlərin sayı AÇIQLANDI

600-dən çox bal toplayan abituriyentlərin sayı AÇIQLANDI

2022-ci il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 7078 abituriyent 500-dən, o cümlədən 2077 abituriyent 600-dən yuxarı bal toplayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

 

600 və ondan yuxarı bal toplayanların ixtisas qrupları üzrə paylanmasına gəlincə, qeyd edilib ki, onların 52.05%-i (1081 nəfəri) I qrupun, 6.84%-i (142 nəfəri) II qrupun, 16.56%-i (344 nəfəri) III qrupun, 24.55%-i (510 nəfəri) IV qrupun abituriyentləridir.

 

Yüksək bal toplayanlar respublikanın 73 bölgəsini təmsil edir. Onların nisbi sayına görə Sumqayıt, Mingəçevir və Bakı şəhərləri, Qəbələ, Abşeron və Şəki rayonlarının göstəriciləri daha yüksək olub. Bu bölgələrdən ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gəncin 12–13-ü imtahanlarda 500-dən yuxarı bal toplayıb.

 

500-700 arasında bal toplayan abituriyentlərin əksəriyyəti ən nüfuzlu ixtisaslara qəbul olub. Onlardan ən yüksək nəticə göstərən 102 nəfər Prezident təqaüdünə layiq görülüb.

 

600-dən yuxarı bal toplayan abituriyentlər dövlət ali təhsil müəssisələri arasında ən çox Azərbaycan Tibb UniversitetiBakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye UniversitetiBakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub.

 

600 baldan yuxarı nəticə göstərən abituriyentlər özəl ali təhsil müəssisələri arasında ən çox Xəzər Universitetini (26 nəfər) seçib. 600 və ondan yuxarı bal toplayıb qəbul olanların ixtisas qrupları üzrə paylanmasına gəlincə, onların 51.89%-i (1057 nəfəri) I qrupun, 6.68%-i (136 nəfəri) II qrupun, 16.89%-i (344 nəfəri) III qrupun, 24.55%-i (500 nəfəri) IV qrupun abituriyentləridir.


OXŞAR XƏBƏRLƏR

Rusiya Odessanı vurdu

Rusiya ordusu Ukraynanın Odessa şəhərinə növbəti dəfə dron zərbəsi endirib.   Sfera.az xəbər verir ki, hücum nəticəsində azı bir nəfər həlak olu...

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...